ABŞ Ukraynanın Rusiya əleyhinə bəyanatını dəstəkləməyib

ABŞ Ukraynanın Rusiya əleyhinə bəyanatını dəstəkləməyib backend

ABŞ Ukraynanın BMT Təhlükəsizlik Şurasında Rusiyanı guya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmaqda ittiham edən bəyanatını dəstəkləməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bəyanat BMT-nin rəsmi saytında yayımlandı.

Orada Rusiyanın Ukrayna ilə əsassız münaqişə apardığı və Moskvanın BMT-nin gələcəyi ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirməsinin təşkilatın "Nizamnaməsinə “təhqir" olduğu iddia edilib.

Bəyanatı Avropa İttifaqı, Birləşmiş Krallıq, Kanada, Avstraliya, Yaponiya və bir sıra Şərqi Avropa ölkələri də daxil olmaqla 40-dan çox ölkə dəstəkləyib. Amerikalılar isə onu imzalamayıblar.

QAZİLER.AZ