Kiyevə "Aster" raketləri və "Mirage" təyyarələri veriləcək - Makron

Kiyevə "Aster" raketləri və "Mirage" təyyarələri veriləcək - Makron backend

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Ukraynaya əlavə “Aster” zenit raketləri və “Mirage” qırıcı təyyarələri çatdırmağı planlaşdırır.

Qaziler.az BFMTV-yə istinadla xəbər verir ki, o, bu açıqlamanı Kiyevi dəstəkləmək üçün yaradılan "könüllülər koalisiyası"nın iclası zamanı verib.

Makron raket tədarükünün yaxın günlərdə başa çatacağını və paralel olaraq Ukrayna hərbçiləri üçün yeni təlim proqramlarının başlayacağını vurğulayıb. Fransa lideri həmçinin sayını bildirmədən “Mirage” təyyarələrinin təhvil verilməsi planlarını təsdiqləyib.

“Yaxın günlərdə əlavə “Aster” raketləri tədarük edəcək, yeni təlim proqramları həyata keçirəcək və əlavə “Mirage” təyyarələri göndərəcəyik”,- açıqlamada qeyd edilib.

Fransa Prezidenti əlavə edib ki, koalisiya üzvləri tezliklə Ukrayna üçün digər birgə yardım təşəbbüslərini elan edəcəklər. Xüsusi diqqət ölkənin enerji infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.

QAZİLER.AZ