Rusiyanın Voronej vilayətində avtobus piyada keçidindən keçən üç piyadanı vurub.
Qaziler.az xəbər verir ki, bu haqda regional polis məlumat yayıb.
Hadisə zamanı zərərçəkənlər xəsarət alaraq xəstəxanaya çatdırılıblar.
Qəza günorta saatlarında Leninski prospektində baş verib.” PAZ Vector Next” markalı avtobusunun sürücüsü piyada keçidindən küçəni keçməyə çalışan iki qadın və bir kişiyə yol verməyib və nəqliyyat vasitəsini üzərlərinə sürüb. Regionun yol polisi əməkdaşları hadisə yerində qəzanın səbəbini araşdırırlar.
Məlumatda bildirilir ki, qəza nəticəsində hər üç piyada xəsarət alıb və hazırda xəstəxanadadır.
QAZİLER.AZ



