ABŞ diplomatı Stiven Fagin Qəzzada atəşkəsə nəzarət edəcək Mülki-Hərbi Koordinasiya Mərkəzinin mülki rəhbəri təyin edilib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Fagin ABŞ-ın Qəzza atəşkəs razılaşmasına nəzarətini əlaqələndirəcək, hərbi əməliyyatlarla yanaşı, diplomatik və mülki məsuliyyəti də təmin edəcək.
Qeyd edək ki, Stiven Fagin 2022-ci ildən bəri ABŞ-ın Yəməndəki səfiri olub.
Daha əvvəl isə ABŞ-ın İraqdakı səfirinin müavini vəzifəsində çalışıb.
Fagin diplomatik xidmətlərinə görə bir sıra dövlət mükafatlarına layiq görülüb.



