Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlzla görüşüb.
Qaziler.az-ın RBC-Ukrayna-ya istinadən məlumatına görə, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Zelenski Kralla Dauninq-stritdə görüşüb. Səfəri zamanı Ukrayna prezidentinin həmçinin Böyük Britaniyanın Baş naziri Keyr Starmer və digər müttəfiqləri ilə görüşməsi planlaşdırılırdı və Rusiyaya təzyiqin artırılması yollarını müzakirə etməsi gözlənilirdi.
Zelenskinin Kralla görüşünün baş tutduğu elan edilib.
QAZİLER.AZ



