Böyük Britaniyanın Baş naziri Kir Starmer qışdan əvvəl Ukraynanın mövqeyini gücləndirmək üçün müttəfiqlərini uzaqmənzilli silahların tədarükünü artırmağa çağırıb.
Qaziler.az Tagesschau-ya istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin bu gün Londonda keçiriləcək.
"Qətiyyətli koalisiya" görüşündən əvvəl verdiyi açıqlamada bildirilib.
Bəyanata görə, Böyük Britaniya Rusiya neft və qazının qlobal bazarlardan çıxarılmasını, dondurulmuş Rusiya aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə edilməsini və hərbi yardımın artırılmasını dəstəkləyir.
Britaniya Xarici İşlər Nazirliyində keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski, NATO-nun baş katibi Mark Rutte, Danimarka baş nazirləri Mette Frederiksen və Niderlandın baş naziri Dik Şoffun iştirakı gözlənilir.
QAZİLER.AZ



