Tramp: Rusiyaya qarşı yeni sanksiyalar təsirini altı aya göstərəcək

Tramp: Rusiyaya qarşı yeni sanksiyalar təsirini altı aya göstərəcək backend

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsirinin altı ay ərzində özünü göstərəcəyinə əminliyini bildirdi.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlaması zamanı danışıb.

"Onun belə düşündüyünə şadam. Bu yaxşıdır. Altı aydan sonra sizə xəbər verəcəyəm. Görək işlər necə gedəcək", - deyə Tramp bildirib.