Sinqapurun "Çanqi" hava limanı "Forbes Travel Guide" tərəfindən dünyanın ən yaxşısı seçilib.
Sinqapurun "Çanqi" Beynəlxalq Hava Limanı "Forbes Travel Guide" tərəfindən dünyanın ən yaxşısı seçilib.
Qaziler.az-ın məlumatına görə, bələdçinin saytında bildirilir ki, mütəxəssislər hava limanının unikal attraksionlarını, o cümlədən dünyanın ən hündür qapalı şəlaləsini, 24 saatlıq kinoteatrı və havaya qalxan təyyarələrin mənzərəsi olan dam örtüyü hovuzunu yüksək qiymətləndiriblər.
Bir neçə beynəlxalq mükafata layiq görülmüş Sinqapur hava limanı sərnişinlərə kəpənək və bambuk bağları, həmçinin cakuzi təklif edir.
Müasir memarlığı ilə seçilən Nyu-Yorkun "LaGuardia" hava limanı ABŞ-ın ən yaxşı hava limanları kateqoriyasında birinci yeri tutub.
Eyni reytinqdə "Emirates" dünyanın ən yaxşı aviaşirkəti kimi tanınıb, "Delta Air Lines" isə Amerika aviadaşıyıcıları arasında lider olub.
QAZİLER.AZ