Rutte Londonda “Qətiyyətlilər koalisiyası” liderlərinin görüşünə qatılacaq.
NATO-nun baş katibi Mark Rutte “Qətiyyətlilər Koalisiyası”nın iclasında iştirak etmək üçün oktyabrın 24-ü cümə günü Londona gələcək.
Qaziler.az bildirir ki, Bu barədə X şəbəkəsində NATO sözçüsü Allison Harta istinadən RBC-Ukrayna xəbər verib.
Tədbir Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron tərəfindən birgə təşkil edilir.
Görüş hibrid formatda olacaq: bəzi iştirakçılar şəxsən iştirak edəcək, digərləri isə onlayn qoşulacaq.
QAZİLER.AZ