Səfirlik general Mandonun Rusiya ilə toqquşmaya hazırlaşmaq çağırışlarından qəzəblənib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiyanın Parisdəki səfirliyi Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabyen Mandonun fransızları üç-dörd ildən sonra Rusiya ilə toqquşmaya hazırlaşmağa çağıran sözlərindən qəzəbləndiklərini bildirib.
Diplomatik nümayəndəlik Fransa vətəndaşlarını əmin edib ki, Moskvanın belə planları yoxdur.
"Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabyen Mandonun Milli Assambleyada Fransa ordusunun yaxın 3-4 il ərzində Rusiya ilə qarşıdurma kontekstində toqquşmaya hazır olması barədə bəyanatları ilə hiddətlə tanış olduq", - məlumatda deyilir.
QAZİLER.AZ