Parisin Luvr muzeyindən oğruların qaçması ilə bağlı video yayılıb

Parisin Luvr muzeyindən oğruların qaçması ilə bağlı  video yayılıb backend

İnternetdə Parisin Luvr muzeyindən qarətdən sonra qaçan oğruların videogörüntüsü yayılıb. Dünyanın ən məşhur muzeyi ötən həftə qarət edilib.

Qaziler.az bildirir ki, bu barədə "NBC News" xəbər verir.

Yayımlanan videoda oğruların yük maşınına quraşdırılmış qaldırıcıdan istifadə edərək muzeydən qaçdıqları görünür.

Biri sarı jilet, digəri motosiklet dəbilqəsi olan iki kişi sürətlə aşağı enir və sonra skuterlərdə qaçırlar.

NBC News xəbər verir ki, Luvrdə daş-qaş soyğununu araşdıran fransız müstəntiqlər dəbilqə və əlcəklərdə DNT nümunələri aşkar edərək oğruların muzeydən qaçmasını əks etdirən yeni video əldə ediblər.

Tapılan DNT nümunələrinin birbaşa Luvrdan səkkiz zinət əşyası ilə qaçan şübhəlilərə aid olub-olmadığı hələlik məlum deyil.

QAZİLER.AZ