İspaniya Trampın tənqidinə cavab verib və Ukrayna üçün silah alışına qoşulacağına söz verib

İspaniya Trampın tənqidinə cavab verib və Ukrayna üçün silah alışına qoşulacağına söz verib backend

İspaniya ABŞ-ın ölkənin müdafiəyə az xərcləməsi, NATO sammitində razılaşdırılmış ÜDM-in 5%-dən aşağı düşməsi ilə bağlı tənqidinə cavab verib. Madrid həmçinin Ukrayna üçün silahların maliyyələşdirilməsində iştirak edəcəyinə söz verib.

Qaziler.az bildirir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançesin bəyanatına istinadən “El Pais” nəşri məlumat yayıb.

"Üzərimizə düşən vəzifəni və öhdəliklərimizi yerinə yetiririk, xüsusən də müdafiə imkanları baxımından", - Sançes deyib.

O xatırladıb ki, NATO ölkələri iyun ayında ÜDM-in 5%-ni müdafiəyə xərcləməyə razılıq versələr də, İspaniya NATO-nun baş katibi Mark Rutte ilə ÜDM-in 2,1%-i öhdəliyini yerinə yetirmək barədə razılığa gəlib.

NATO-nun hesablamalarına görə, İspaniya artıq bu yay ÜDM-nin təxminən 2%-ni müdafiəyə xərcləyib.

İspaniyanın baş naziri əlavə edib: "İspaniya Şimali Atlantika Alyansının sadiq üzvüdür".

Sançes həmçinin bildirib ki, Madrid PURL proqramı çərçivəsində Ukrayna üçün birgə silah tədarükünə qoşulacaq.

QAZİLER.AZ