Finlandiyanın baş naziri Trampa: Ukrayna Rusiyanı “Tomahawk”la vursun

Finlandiyanın baş naziri Trampa: Ukrayna Rusiyanı “Tomahawk”la vursun backend

ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün Amerikanın uzaqmənzilli “Tomahawk” qanadlı raketlərindən istifadə etməyə icazə verməlidir.

Qaziler.az bildirir ki,  “Politico” verdiyi məlumata görə, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo bildirib.

Orpo xəbərdarlıq edib ki, Rusiya Avropanın təhlükəsizliyinə “daimi təhdid” yaradır və Ukrayna özünü müdafiə etmək üçün lazım olan silahları almalıdır.

O, Trampı Ukraynanı özünümüdafiə üçün lazım olan silahlarla təmin etməyə və Rusiya diktatoru Vladimir Putini danışıqlar masasına oturmağa razı salmağa çağırıb.

"Putin yalnız gücə inanır. Əgər biz müharibəni dayandırmaq istəyiriksə, Rusiya ilə eyni səviyyədə, hətta ondan güclü olmalıyıq", - Finlandiyanın baş naziri deyib.

O, ümid etdiyini bildirib ki, Tramp son nəticədə Ukraynanı lazımi raketlərlə təmin edəcək.

QAZILER.AZ