Roma Papası və Böyük Britaniya kralı birlikdə dua ediblər

Roma Papası və Böyük Britaniya kralı birlikdə dua ediblər backend

Roma Papası XIV Leo və Böyük Britaniya kralı III Çarlz birgə dua ediblər.

Qaziler.az xəbər verir ki, duaetmə mərasimi “Vatican News” kanalı ilə canlı yayımlanıb.

Roma Katolik Kilsəsinin rəhbəri və İngiltərə Kilsəsinin Ali Qubernatoru beş əsrdən sonra ilk dəfə birlikdə dua ediblər.

Britaniya monarxını həyat yoldaşı Kamilla müşayiət edib. Onlar dövlət səfəri üçün Vatikanda olublar. Səfər aprel ayına planlaşdırılsa da, sonradan təxirə salınıb.

Dua həm ingilis, həm də latın dillərində oxunub.

QAZİLER.AZ