Almaniya Rusiyanın dondurulmuş xarici aktivlərinin istifadəsi ilə bağlı Belçikanın narahatlığını bölüşür.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Aİ sammitinə gələrkən deyib.
“Belçikanın Baş naziri (Bart de Vever) ilə mən son günlər və həftələrdə bu məsələni dəfələrlə müzakirə etmişik və onun narahatlığını bölüşürəm”, - deyə o vurğulayıb.
Eyni zamanda, Merts Rusiyanın xarici aktivlərindən Kiyevin xeyrinə istifadə məsələsində Avropa İttifaqında “irəli addım” gözlədiyini bildirib.
QAZİLER.AZ