Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etdiyinə görə Avropa İttifaqına təşəkkür edib və onu “güclü” adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında paylaşım edib. Onun sözlərinə görə, məhdudiyyətlər “Avropa birliyini” nümayiş etdirir.
"Avropa İttifaqı, Böyük Britaniya və Amerikanın Rusiyaya təzyiqi artırmaq və hamımızın ehtiyacı olan sülhü yaxınlaşdırmaq üçün birgə hərəkət etməsi vacibdir. Sanksiya təzyiqi daha böyük olmalıdır və biz bunu bu gün Brüsseldə tərəfdaşlarımızla müzakirə edəcəyik", - Zelenski yazıb.
Qeyd edək ki, oktyabrın 23-də Avropa İttifaqı Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib. İttifaq yeni paketə Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tankeri daxil edib.
QAZİLER.AZ