Rusiya ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı sanksiyalarına CAVAB VERDİ

Rusiya ABŞ-nin Rusiya neft şirkətlərinə qarşı sanksiyalarına CAVAB VERDİ backend

Rusiya ABŞ-nin “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalarını, o cümlədən Ukrayna münaqişəsinin həlli üçün əks-məhsuldar hesab edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

Onun sözlərinə görə, yeni məhdudiyyətlər Qərbin məhdudiyyətlərinə qarşı güclü immunitet formalaşdıran ölkə üçün problem yaratmayacaq.

“Biz bu addımı tamamilə əks-məhsuldar hesab edirik, o cümlədən Ukrayna münaqişəsinin danışıqlar yolu ilə mənalı həllinə nail olmaq zərurətinin siqnalı baxımından”, - diplomat vurğulayıb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar çərçivəsində "Rosneft" və "Lukoyl" neft şirkətlərinə məhdudiyyətlər tətbiq edilib. 

QAZİLER.AZ