Orban: Uşaqlarımızı Brüsselin əmri ilə qırğına göndərməyəcəyik

Orban: Uşaqlarımızı Brüsselin əmri ilə qırğına göndərməyəcəyik backend

Macarıstanın Baş naziri Viktor Orban Ukraynada müharibənin tezliklə bitməsinin tərəfdarıdır.

"Report" xəbə verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Baş nazir bu gün öz çıxışında bu məsələ ilə bağlı mövqeyini açıqlayacağını deyib.

"Budapeşt Sülh Yürüşü günü gəlib çatdı. Bu gün biz bütün dünyaya bir mesajla müraciət edirik: Macarıstan müharibəyə "YOX" deyir! Biz Ukraynaya görə ölməyəcəyik. Biz uşaqlarımızı Brüsselin əmri ilə qırğına göndərməyəcəyik. Mənim çıxışımı Mərkəzi Avropa vaxtı ilə saat 13:00-da canlı izləyin", - o bildirib.