İsrail BMT agentliyinin Qəzzaya daxil olmasına icazə verməyəcək

İsrail BMT agentliyinin Qəzzaya daxil olmasına icazə verməyəcək backend

İsrail BMT-nin fələstinli qaçqınlara yardım üzrə agentliyinə (UNRWA) Qəzzaya daxil olmağa icazə verməyəcək.

APA xəbər verir ki, bu barədə “Kan” anonim rəsmiyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, BMT Qəzzada fəaliyyət göstərdiyi müddətdə öz missiyasını yerinə yetirməyib və ya HAMAS tərəfindən idarə olunub.

İsrailin bu qərarı barədə ABŞ-a da məlumat verilib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi dünən BMT-nin Qəzzada fələstinlilərə yardım agentliyinin Qəzzada fəaliyyət göstərə bilməsi üçün İsrailin bu təşkilata icazə verməli olduğu barədə qərar qəbul edib.