“Drujba” kəməri ilə tədarük edilən Rusiya neftinin emal edildiyi Slovakiyanın Bratislava Neft Emalı Zavodunda yanğın baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “CZNews.info” məlumat yayıb.
Macarıstanın “MOL Group” şirkətinə məxsus neft emalı zavodunda baş verən yanğının səbəbi müəyyən edilməyib.
Slovnaft Plc tərəfindən idarə olunan Bratislava Neft Emalı Zavodu sutkada 124 000 barel (ildə 6,1 milyon ton) emal gücünə malikdir. 1957-ci ildə əsası qoyulmuş, Avropanın ən mürəkkəb neft emalı zavodlarından biridir. Onun neft-kimya bölməsi, Slovnaft Petrochemicals (SPC) MOL-un emal əməliyyatlarına inteqrasiya olunub.
Son günlər Rusiya neftini emal edən Macarıstanın ən böyük neft emalı zavodunda, eləcə də Rumıniyada “Lukoyl”a məxsus neft emalı zavodunda partlayışlar baş verib.
QAZİLER.AZ