"Apple" "iPhone 19"un istehsalını ləğv etdi

"Apple" "iPhone 19"un istehsalını  ləğv etdi backend

“Apple” 2027-ci ildə “iPhone 19”u buraxmayacaq.

Qaziler.az bu barədə Koreyanın “ETNews” nəşrinə istinadla xəbər verir. Nəşr “Omdia” analitiki Ho Mu Elyaya istinad edib.

Məlumatda bildirilib ki, “Apple” 2027-ci ildə “iPhone 19” seriyalı smartfonlarını buraxmayacaq, çünki şirkət bu il ilk “iPhone”un 20-ci ildönümünü qeyd edəcək. Buna görə də smartfonlar “iPhone 20” adlanacaq.

Qeyd olunub ki, “Apple” daha əvvəl 2017-ci ildə də oxşar qərar vermişdi. Həmin vaxt şirkət ilk “iPhone”un 10-cu ildönümünü qeyd etdiyi üçün bilərəkdən “iPhone 9”dan imtina edib. Bunun əvəzinə şirkət eyni ildə “iPhone 8” və “iPhone X”i təqdim edib.

QAZİLER.AZ