Naməlum pilotsuz təyyarə Almaniyanın Erfurt və Veymar şəhərlərinə xidmət göstərən hava limanının işinə əngəl törədib.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyinə hava limanının sözçüsü bildirib.
Təyyarə oktyabrın 22-nə keçən gecə saat 12:30 radələrində polis tərəfindən aşkarlanıb. İnsident hava limanının bir saatdan çox müddətə fəaliyyətini dayandırması ilə nəticələnib. Antalyadan uçan təyyarələrdən biri Kölnə yönləndirilib.
Hazırda hüquq-mühafizə orqanları pilotsuz uçuş aparatını işə salan şəxslərin axtarışını davam etdirir.
Qeyd edilib ki, son vaxtlar Almaniyada naməlum PUA-ların vacib obyektlər üzərində uçması ilə bağlı tez-tez insidentlər baş verir.
QAZİLER.AZ