Ukrayna pulsuz istədiyi qırıcıları almalı olacaq

Ukrayna pulsuz istədiyi qırıcıları almalı olacaq backend

Ukrayna prezidenti Volodimir Zelenski İsveçlə 150-yə qədər “Gripen” qırıcısı almaq niyyətli sazişi imzalayıb.

Qaziler.az bildirir ki, bu barədə “Strana.ua” baş nazir Ulf Kristerssona istinadən xəbər verib. Qeyd olunub ki, Kiyev əvvəllər onları pulsuz əldə etmək istəyib.

“Bu müqavilə hazırda hər hansı konkret yeni tədarükü nəzərdə tutmur. Söhbət uzunmüddətli əməkdaşlıqdan və ölkələrimiz arasında böyük razılığın əldə olunmasının mümkünlüyündən gedir. Bu, təxminən 100-150 “Gripen E” döyüş təyyarəsi olacaq. Bu, Ukraynaya çox güclü hərbi hava qüvvələri yaratmağa imkan verəcək”, - Kristersson qeyd edib.

QAZİLER.AZ