Şotlandiya hökuməti Londondan ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensin səfərləri zamanı təhlükəsizlik üçün xərclənən təxminən 26 milyon funt-sterlinqin (59 milyon 113 min 756 azn) geri qaytarılmasını tələb edir.
Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Şotlandiyanın maliyyə naziri Şona Robison Xəzinədarlığın baş katibi Ceyms Mürreyə rəsmi məktub göndərərək, bu səfərləri əhəmiyyətli əməliyyat və maliyyə yükü kimi qeyd edib.
Britaniya hakimiyyəti Tramp və Vensin səfərlərinin şəxsi xarakter daşıdığını əsas gətirərək, bu xərcləri ödəməkdən imtina edib. Ona görə də London hesab edir ki, təhlükəsizliklə bağlı maliyyə məsuliyyətini Şotlandiya hökuməti daşımalıdır.
QAZİLER.AZ