NATO-nun baş katibi Mark Rutte bildirib ki, NATO ölkələri Ukrayna üçün 2 milyard dollar dəyərində ABŞ silahı alıb.
Qaziler.az xəbər verir ki, məlumatı TASS agentliyi yayıb.
O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp Kiyevə silah tədarükünü bərpa etmək qərarına gəlib.
"Prezident Tramp Ukraynaya NATO ölkələri tərəfindən ödənilən silah tədarükünü bərpa etmək qərarına gəlib. NATO bunun üzərində fəal işləyir. ABŞ-dan Ukraynaya bir neçə milyard dollarlıq təchizat artıq çatdırılıb”, - Rutte deyib.
QAZİLER.AZ