BMT 12 əməkdaşının Husilər tərəfindən azad edilərək Yəməni tərk etdiyini bildirib.
APA bu barədə “Reuters“ ə istinadən xəbər verir.
Bildirilib ki, digər 3 BMT əməkdaşı da istədikləri yerə hərəkət etməkdə azad buraxılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Husilər Yəmənin paytaxtı Sənada BMT binasına basqın edərək təşkilatın əməkdaşlarının binadan çıxmasına qadağa qoymuşdular.