Dağıstanın Qızılyurd rayonu ərazisində keçirilmiş xüsusi əməliyyat nəticəsində qanunsuz silahlı dəstənin 9 üzvü məhv edilib.
Bu barədə “İnterfaks” agentliyinə Dağıstanın hüquq-mühafizə orqanlarından bildirilib.Məlumata görə, xüsusi əməliyyat ötən gün səhər saatlarından başlayıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı həlak olub, daha biri isə yaralanıb. Əməliyyatın təfərrüatları açıqlanmır.