Britaniya Qəzzada ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan kövrək atəşkəsə nəzarət etmək üçün İsrailə hərbçilər göndərib.
Qaziler.az bildirir ki, bu barədə "Politiko" yazıb.
Onlar İsraildə ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli işçi qrupuna qoşulacaqlar.
Bu qrup atəşkəs sazişinin icrasına nəzarət edir və humanitar yardımın koordinasiyasına təkan verir.
Britaniya Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, general rütbəli komandir müavini də daxil olmaqla "Britaniya planlaşdırma zabitlərinin kiçik bir qrupu" əməliyyata qoşulub.
QAZİLER.AZ