Serbiya prezidenti Aleksandar Vuçiç Belqradda parlament binası qarşısında baş verən atışmanı terror aktı adlandırıb.
təcili müraciət zamanı o, cinayətin 70 yaşlı Vladan Andjelkoviç tərəfindən törədildiyini qeyd edib.
Qaziler.az bildirir ki, bu barədə “Nova” telekanalı məlumat yayıb.
"Bu gün Serbiya Assambleyası (ölkə parlamenti. — red.) qarşısında Vladan Andjelkoviç, mənim fikrimcə, dəhşətli terror aktı törədib", - Vuçiç deyib.
Prezident qeyd edib ki, ölkə prokurorluğu baş vermiş hadisəyə yekun qiymət verəcək.
QAZİLER.AZ