Braziliyada 20 yaşlı futbolçu motosikletinin inəklə toqquşması nəticəsində həlak olub

Braziliyada 20 yaşlı futbolçu motosikletinin inəklə toqquşması nəticəsində həlak olub backend

Braziliyalı futbolçu Entoni İlano 20 yaşında motosikletini inəyə çırparaq dünyasını dəyişib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 22-də "Daily Mirror" qəzeti məlumat yayıb.

“Atasının ad günündən evə qayıdarkən Entoni İlanonun idarə etdiyi nəqliyyat vasitəsi yolun ortasına çıxan inəylə toqquşub, nəticədə o, ölüb”, - nəşr yazır.

Hadisə oktyabrın 20-də yerli vaxtla təxminən 03:30-da baş verib. Qəzet yazır ki, İlano aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəzet əlavə edib ki, futbolçu ilə heyvanın toqquşması ilə bağlı araşdırma aparılır.

QAZİLER.AZ