Aİ Putin və Tramp arasında görüşün baş tutması üçün mümkün olan hər şeyi etməlidir - Fitso

Aİ Putin və Tramp arasında görüşün baş tutması üçün mümkün olan hər şeyi etməlidir - Fitso backend

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında uğurlu görüş üçün hər şeyi etməlidir.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə oktyabrın 21-də Slovakiyanın baş naziri Robert Fitso deyib.

“Əgər Aİ həqiqətən Ukraynada tez sülh istəyirsə, hərçənd buna inanmıram, o, Budapeştdə Tramp-Putin görüşünün maneəsiz və mümkün qədər tez baş tutması üçün mümkün olan hər şeyi etməlidir”, o, Facebook-dakı paylaşımında bildirib.

Bundan əlavə, o qeyd edib ki, görüşün dəqiq tarixi ilə bağlı məlumatın olmamasına baxmayaraq, artıq onu pozmağa cəhdlər edilir.

Fitsonun sözlərinə görə, Aİ “müharibə kabineti”nə çevrilib və üzv ölkələrin əksəriyyəti Ukrayna münaqişəsini dəstəkləyir, "sadəlöhvcəsinə hesab edirlər" ki, sülhün bərqərar edilməsinə güc yolu ilə nail olmaq mümkündür.

QAZİLER.AZ