Rutte Vaşinqtona gedəcək

Rutte Vaşinqtona gedəcək backend

NATO-nun baş katibi Mark Rutte elan olunmamış səfərlə çərşənbə axşamı Vaşinqtona gedə bilər.

Qaziler.az bildirir ki, bu barədə Reuters agentliyinin jurnalisti Qrem Slatteri vəziyyətlə tanış olan mənbəyə istinadən X sosial şəbəkəsində bildirib.

Müxbirin əldə etdiyi məlumata görə, Ruttenin gəlişi ABŞ prezidenti Donald Trampın yeni “diplomatik manevr”inə, yəni Budapeştdə Rusiya lideri Vladimir Putinlə görüşdən imtinasına Avropa ölkələrinin operativ reaksiyası olacaq. Bu barədə "NBC News"un jurnalisti Qarrett Haake xəbər verib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Macarıstanda keçiriləcək görüşünə hazırlıq dayandırılıb. Bu barədə NBC News-un jurnalisti Qarret Haak Ağ Evin yüksək rütbəli rəsmisinə istinadən X sosial media saytında məlumat vermişdi.

QAZİLER.AZ