Oktyabrın 19-da baş vermiş oğurluq Luvr muzeyinə 88 milyon avro ziyan vurub.
Qaziler.az bildirib ki, Paris prokuroru Lor Beko bu hesablama nəticələrini RTL radiosunun efirində bildirib.
Zərər Luvrun direktoru Laurens De Kar tərəfindən qiymətləndirilib.
“Məbləğ təsir edicidir, lakin heç bir şəkildə tarixi baxımdan dəymiş zərərlə müqayisə oluna bilməz”, - prokuror qeyd edib.
QAZİLER.AZ