Efiopiyada qatar qəzası nəticəsində 15 nəfər ölüb

Efiopiyada qatar qəzası nəticəsində 15 nəfər ölüb backend

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Efiopiyanın şərqində baş verən qatar qəzası nəticəsində 15 nəfər ölüb.

Yerli mətbuatın məlumatına görə, Efiopiyanın Cibuti ilə sərhədində yerləşən qəsəbədə sərnişin qatarı qəzaya uğrayıb.

Şinile şəhəri yaxınlığında qatar relsdən çıxıb və digər hərəkətsiz qatarla toqquşub.

Rəsmilər qəzada 15 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını açıqlayıb.

Hadisə yerindən olan görüntülərdə bəzi vaqonların aşdığı, digərlərinin isə əzildiyi görünür.

QAZİLER.AZ