İraqda döyüşən şiələr: “ABŞ olmasaydı, İŞİD-i çoxdan məhv etmişdik“

İraqda döyüşən şiələr: “ABŞ olmasaydı, İŞİD-i çoxdan məhv etmişdik“ backend

İraq Birləşmiş Ştatların Yaxın Şərqi nəzarətdə saxlamaq üçün İŞİD-lə əməkdaşlıq etdiyini düşünür. APA TV-nin məlumatına görə, bu barədə "The Washington Post" qəzeti yazıb.

İraqda döyüşən şiə birliklərinin nümayəndələrinin sözlərinə görə, onlar dəfələrlə Amerikan helikopterlərinin İŞİD qruplaşması döyüşçülərinə silah çatdırmasının şahidi olublar. Şiə qruplaşmalarından birinin komandiri Mustafa Saadi bu faktın real ola biləcəyinə şübhə etmir: "Buna heç bir şübhə yoxdur. İŞİD demək olar ki, məhv edilib. Onlar zəifləyib. Əgər amerikalılar dəstək verməsə, biz onları bir neçə gün ərzində tamamilə məhv edə bilərik".

Öz növbəsində Birləşmiş Ştatlar hərbçiləri ittihamları əsassız sayır və bu iddialara cavab verməyin yersiz olduğunu qeyd ediblər. Nəşr onu da bildirir ki, İraq siyasətçilərinin dilindən dəfələrlə Birləşmiş Ştatlarla İŞİD arasında razılaşmanın olduğu ilə bağlı fikirlər səslənib. Eyni iddialar şiə müsəlmanların nəzarətində olan mətbuat orqanlarında da işıqlandırılıb. Qeyd edək ki, daha öncə Birləşmiş Ştatların Suriyada İŞİD-lə mübarizə aparılması məqsədilə İraqa xüsusi təyinatlı qüvvələr göndəriləcəyi bildirilmişdi.

Diaspora