Yaxın Şərqdə bir sıra ölkələr Qəzzaya hərbi qüvvə göndərməyə hazır olduqlarını bəyan edib.
Apa xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında bildirib.
“HAMAS-ın bizimlə razılaşmanı pozaraq pis hərəkətlərinə davam edəcəyi təqdirdə, bizim Yaxın Şərqdə və onun ətrafındakı əla müttəfiqlərimizin bir çoxu açıq-aşkar və qətiyyətli şəkildə, böyük həvəslə Qəzzaya hərbi qüvvə göndərmək fürsətini dəyərləndirərək mənim təklifimlə “bizim HAMAS-ımızı düzəltməyə” hazır olduqlarını mənə bildiriblər. Mən bu ölkələrə və İsrailə “hələ yox” cavabı verdim. Hələ də ümid var ki, HAMAS doğru olanı edəcək. Əgər etməsələr, onların sonu sürətli, şiddətli və qəddar olacaq”, - Tramp xəbərdarlıq edib.