Macarıstan parlamenti qonşu Ukraynada silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini daha 6 ay uzadıb.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
Nəşr qeyd edir ki, parlamentin 127 üzvü fövqəladə vəziyyətin 180 gün uzadılmasının lehinə, 56 nəfər isə əleyhinə səs verib.
Fövqəladə vəziyyət ilk dəfə 2022-ci ilin mayında Ukraynadakı münaqişə səbəbindən elan edilib və o vaxtdan altı dəfə uzadılıb.
QAZİLER.AZ