İsrail ölkənin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Jared Kuşnerlə görüşünü yüksək qiymətləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
"Baş nazirin Uitkoff və Kuşnerlə görüşü çox yaxşı keçdi. Liderlər bölgədəki hadisələri və xəbərləri müzakirə etdilər", - İsrailin Baş Naziri Aparatının sözçüsü bildirib.
Oktyabrın 19-da İsrailin atəşkəsi pozaraq Fələstinin radikal HƏMAS hərəkatına məxsus hərbi obyektlərə zərbələr endirdiyi açıqlanıb. Hücum zamanı 50-dən çox insan həlak olub, 150-dən çox insan yaralanıb. İsrail iddia edib ki, atəşkəsi ilk olaraq HƏMAS pozub.
QAZİLER.AZ