Müğənni və iş adamı Emin Ağalarovun Rusiyada təsis etdiyi şirkətin 478 milyon rubl (9 milyon 989 min 244 manat) borcu olduğu üzə çıxıb.
Qaziler.az bildirir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin məlumat bazasına istinadən “Strasti” nəşri məlumat yayıb.
Ağalarov “Servis Hall” MMC-də, restoran və yeməklərin çatdırılması xidmətində 100% paya malikdir.
Bununla belə, biznesin işləri tam qaydasında getmir. Federal Məhkəmə İcraçıları Xidmətinin məlumat bazasına əsasən, Ağalarovun şirkətinə qarşı 6 icra prosesi başlanıb. Onlardan ən tezi 2025-ci ilin yanvarında, ən sonuncusu isə 2025-ci ilin sentyabrında təqdim edilib.
İcra rüsumları daxil olmaqla ümumi borc 478 min rubl təşkil edib. Əksər hallarda yığıma səbəb məhkəmənin təyin etdiyi cərimə olub.
QAZİLER.AZ