Litvanın müdafiə naziri Dovile Şakaliene istefa vermək qərarına gəlib.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, istefa məktubu yazdığını və bunu prezident Qitanas Nauseda ilə müzakirə etməyi planlaşdırdığını söyləyib.
Nazir vurğulayıb ki, istefa qərarına yenidən baxmaq üçün heç bir əsas yoxdur.
"Hazırda fikrimi dəyişməyim üçün heç bir səbəb görmürəm. Baş nazir və partiya sədrinin etimadı – bu, müəyyən bir işi yerinə yetirmək üçün onun sizə həvalə olunub-olunmayacağınızı müəyyən edən şeydir. Güvənin olmadığı mühitdə işləmək üçün heç bir əsas görmürəm", - Şakaliene deyib.
QAZİLER.AZ