Polşanın Daxili Təhlükəsizlik Agentliyinin (ABW) əməkdaşları xarici kəşfiyyatın maraqlarına uyğun hərəkət etdiklərinə görə 55 nəfəri həbs ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə “İnterfaks” kəşfiyyat xidmətlərinin koordinatorunun mətbuat katibi Yaçek Dobrzinskiyə istinadən məlumat yayıb.
"Son aylarda Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiya kəşfiyyatının maraqlarına uyğun hərəkət edərək Polşanın ziyanına fəaliyyətdə olan ümumilikdə 55 şəxsi həbs ediblər", - Dobrzinski vurğulayıb.
O, həmçinin təsdiq edib ki, son günlər Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları digər xidmətlərlə birlikdə 8 nəfəri həbs ediblər.
QAZİLER.AZ