ABŞ prezidenti Donald Tramp və Avstraliyanın Baş naziri Entoni Albaneze arasında Ağ Evdə keçirilən görüş zamanı Amerika lideri Avstraliya səfiri Kevin Rudu tənqid edib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Tramp Albanezedən danışıqlarda iştirak edən Rudun hələ də səfir vəzifəsini icra edib-etmədiyini soruşub. ABŞ lideri müsbət cavab aldıqdan sonra “onu da bəyənmədiyini və yəqin ki, heç vaxt sevməyəcəyini” deyib.
Bildirilir ki, diplomat 4 il əvvəl “axmaq kəndçi” və “aparıcı intellektual qüvvə deyil” adlandırdığı adama üzrxahlıq etmək üçün masanın arxasında baş əyib. Jurnalistlərin məlumatına görə, Tramp görüşdən sonra səfirə “hər şey bağışlandı” deyə reaksiya verib.
QAZİLER.AZ