Ukraynada hərbi vəziyyət rejimi uzadılıb

Ukraynada hərbi vəziyyət rejimi uzadılıb backend

Ukraynada hərbi vəziyyət rejimi 90 gün uzadılıb.

"Report"un məlumatına görə, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunub.

Sənədi Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib.

Sənəd müzakirələrdən sonra qəbul edilib. Ukraynada hərbi vəziyyət, noyabrın 5-dən sonra 2026-cı il fevralın 3-ə qədər uzadılıb.