Fransanın sabiq prezidenti həbsxanaya salınıb

Fransanın sabiq prezidenti həbsxanaya salınıb backend

Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsxanaya gedib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, aparılmazdan əvvəl onu evi qarşısında jurnalistlər və "Nikola! Nikola!" qışqıran bir kütlə qarşılayıb.

N.Sarkozi 2007-ci ildəki seçki kampaniyasını Liviyadan daxil olan vəsaitlə qeyri-qanuni maliyyələşdirdiyi üçün 5 il həbs cəzasına məhkum edilib.

O, La-Sant həbsxanasında təxminən 9 kvadrat metr sahəsi olan kamerada cəza çəkəcək.