Amerikalı qrossmeyster Daniel Naroditski 30 yaşında vəfat edib.
Qaziler.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.
Məlumatda ölümün səbəbi açıqlanmayıb.
“Qrossmeyster Daniel Naroditski vəfat edib. O, istedadlı şahmatçı, şərhçi və müəllim idi. FİDE Danielin ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir”, - açıqlamada bildirilib.
Naroditsky 1995-ci il 9 noyabr tarixində ABŞ-nin Kaliforniya ştatında dünyaya gəlib. O, “Danya” ləqəbi ilə də tanınırdı. 2015-ci ildə Dünya Komanda Çempionatında ABŞ-ni təmsil edib. 2019-cu ildə Milli Masters Çempionatında birinci yeri bölüşüb. O, əvvəllər ABŞ Gənclər Çempionatının və U12 Dünya Çempionatının qalibi olub. Naroditsky Stenford Universitetinin tarix fakültəsini bitirib, şahmat haqqında bir neçə kitab yazıb və Şimali Karolinadakı Şarlotta Şahmat Mərkəzində dərs deyib.
QAZİLER.AZ