Məşq qaçışı zamanı ultramarafon yarışçısı Billi Hallorana iki asiyalı qara ayı hücum edib. Hadisə Yaponiyanın Myoko şəhəri yaxınlığında baş verib.
Qaziler.az xəbər verir ki, məlumatı “The Sun” nəşri yayıb.
Ayılardan biri idmançının çiynini dişləyərək, demək olar ki, onu qoparıb. Zərərçəkənin dediyinə görə, hücumdan sonra onun qolu ancaq paltarda ilişib qalan parçalardan ibarət olub. Şoka və böyük qan itkisinə baxmayaraq, Halloran təkbaşına özünü tibbi yardım məntəqəsinə çatdıra bilib.
Onun əzasını xilas etmək üçün üç mürəkkəb əməliyyat tələb olunub. Vəziyyəti stabildir. İdmançı başına gələn hadisəni inanılmaz dərəcədə şans adlandırıb.
QAZİLER.AZ