"Telegram"ın işində böyük fasilə yaranıb

"Telegram"ın işində böyük fasilə yaranıb backend

Rusiyada yüzlərlə “Telegram” istifadəçisi messencerdə əlaqənin kəsilməsi barədə şikayətlənib.

Qaziler.az bildirir ki, bu haqda “Downdetector” portalı məlumat yayıb.

Bir çoxları media fayllarının və ya mesajların yüklənmədiyini, bəziləri isə ümumiyyətlə tətbiqə daxil ola bilmədiyini bildirib. Əlaqənin kəsilməsi messencerinin mobil versiyasında, həm də masaüstü və veb versiyalarında baş verdiyi bildirilib.

“VKontakte” və “Max” daxil olmaqla Rusiyanın digər proqramlarında da böyük fasilələr yaranıb.

QAZİLER.AZ