Ukraynaya vermək üçün daha 300 min mərmi çatışmır - Kaya Kallas

Ukraynaya vermək üçün daha 300 min mərmi çatışmır - Kaya Kallas backend

Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonuna qədər Ukraynaya iki milyon patron vermək üçün təxminən 300 min mərmi çatmır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"İki milyon patronun tədarükü ilə bağlı mərmi təşəbbüsünə gəlincə, bizdə təxminən 300 min mərmi çatışmır. Aİ dövlətləri tədbir görməlidir", - diplomat bildirib.

O qeyd edib ki, hazırda Brüsselin Çexiyanın təşəbbüsü nəticəsində bir milyon mərmisi və digər Aİ üzv dövlətlərinin bir sıra öhdəlikləri var.

Kallasın sözlərinə görə, Aİ Ukraynanın müdafiə sənayesi ilə də işləmək niyyətindədir. Buraya dron və əks-dron avadanlıqları istehsal edən Ukrayna zavodları ilə əməkdaşlıq daxildir.

QAZİLER.AZ