ABŞ minerallar içində "batacaq" - Tramp

ABŞ minerallar içində "batacaq" - Tramp backend

Ağ Evdə keçirilən danışıqlar zamanı ABŞ prezidenti Donald Tramp və Avstraliyanın Baş naziri Entoni Albaneze əməkdaşlıq müqaviləsi imzalayıb.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, saziş kritik mineralların və nadir torpaq elementlərinin tədarükünə aiddir.

"Təxminən bir ildən sonra ABŞ o qədər kritik minerallara və nadir torpaq elementlərinə sahib olacaq ki, onlarla nə edəcəyini bilməyəcək", - Tramp açıqlamasında bildirib.

Bu arada “Bloomberg” xəbər verib ki, ABŞ Avropa Birliyinin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya yardım üçün istifadə etmək planına qoşulmamaq qərarına gəlib.

QAZİLER.AZ