Tramp Ukraynanın qalib gələcəyinə inanmadığını bildirib

Tramp Ukraynanın qalib gələcəyinə inanmadığını bildirib backend

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneze ilə görüşü zamanı Ukraynanın münaqişədə qalib gələcəyinə inanmadığını bildirib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, jurnalistin hazırda Kiyevin qalib gələcəyinə inanırmı sualına Tramp cavabında əvvəlki açıqlamasındakı sözlərini geri çevirib.

Onlar hələ də [nəzəri cəhətdən] qalib gələ bilərlər. Lakin mən onların qalib gələcəyini düşünmürəm. Amma yenə də nəzəri cəhətdən bacara bilərlər", - Tramp deyib.

Qeyd edək ki, bir ay əvvəlki açıqlamasında Amerika lideri iddia etmişdi ki, Ukrayna ordusu ölkənin 1991-ci il sərhədlərinə çatmağa qadirdir, lakin bunun üçün Aİ-nin hərbi yardımı lazımdır.

QAZİLER.AZ